Təhsil 365 - Logo Mobile

İxtisaslaşma modeli şagirdlərin dünyagörüşünü məhdudlaşdırır?

10813.01.2026 - 10:36
İxtisaslaşma modeli şagirdlərin dünyagörüşünü məhdudlaşdırır?

Müasir təhsil sistemində yuxarı sinif şagirdlərinin əsas diqqətini ixtisas qruplarına yönəltməsi müsbət yanaşma kimi dəyərləndirilsə də, bu modelin ümumi təhsil və dünyagörüşə təsiri ilə bağlı müzakirələr də aktuallaşır.

Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı təhsil üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) məsələnin mənfi tərəflərinə diqqət çəkib.

O bildirib ki, 8-ci sinifdən başlayaraq ixtisas qruplarına yönələn şagirdlər digər fənlərə marağını itirir:

“Məsələn, birinci qrupa hazırlaşan şagird ədəbiyyat, tarix və coğrafiyaya maraq göstərmir. Üçüncü qrupa yönələnlər isə riyaziyyat, fizika, kimya və biologiyanı arxa plana atır. Bu isə nəticə etibarilə onların ümumi dünyagörüşünə mənfi təsir edir”.

Mütəxəssis hesab edir ki, bu model şagirdləri erkən yaşda müəyyən çərçivəyə salır və balanslı təhsil almalarına mane olur. Onun fikrincə, ixtisaslaşma ilə yanaşı, ümumi intellektual inkişaf da diqqətdə saxlanılmalıdır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...