Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimi, Dr. Muhəmməd İmranin "Qlobal miqyasda müxtəlif rəqəmsal mühitlərdə Si-nin tələbələrin öyrənməsini dəstəkləməsi ilə bağlı müəllimlərin fikirləri" adlı məqaləsi Springer Nature tərəfindən nəşr olunan, Scopus Q3 reytinqli "Discover Education" jurnalında dərc olunub.
"Tehsil365" xəbər verir ki, tədqiqat ali təhsil müəllimlərinin süni intellekt (Sİ) alətləri haqqında fikirlərini araşdırır və tələbələrin öyrənməsinin təkmilləşdirilməsi üçün Sİ istifadəsini təşviq edən əsas amillər kimi tanışlıq, təcrübə və fərdiləşdirməni müəyyən edir.
Məqalə ilə aşağıdakı ünvanda tanış olmaq olar: https://link.springer.com/article/10.1007/s44217-025-01089-y

