Təhsil 365 - Logo Mobile

BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb

7113.01.2026 - 17:14
BDU-nun tələbələri bu universitetlərə köçürülür – Səbəb

Bakı Dövlət Universitetinin (BDU) təmirə bağlanacaq 1 saylı tədris korpusunun tələbələrinin müvəqqəti olaraq hansı universitetlərə köçürüləcəkləri məlum olub.

Tehsil365” bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tələbələr təhsillərini müəyyən müddət ərzində Odlar Yurdu və ləğv edilmiş Asiya Universitetlərində davam etdirəcəklər. Təhsilalanlar artıq bu barədə məlumatlandırılıb.

Yeni semestrdən daha çox tələbəsi olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri Odlar Yurdu Universitetinə, Hüquqşünaslıq və Filologiya fakültələri isə Asiya Universitetinə yerləşdiriləcək.

Qeyd edək ki, BDU-nun təmiri ilə bağlı elan edilən 23 milyon manatlıq tenderin qalibi “Koneks Construction” MMC olub.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...