Təhsil 365 - Logo Mobile

Respublika fənn olimpiadalarının rayon mərhələsində 715 xaçmazlı şagird biliyini sınayıb

6619.01.2026 - 06:19
Respublika fənn olimpiadalarının rayon mərhələsində 715 xaçmazlı şagird biliyini sınayıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində 715 xaçmazlı şagird iştirak edib.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 saylı lisey-məktəb və Cəfər Cabbarlı adına 6 saylı tam orta ümumi təhsil məktəbində keçirilən mərhələdə VIII–XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə biliklərini sınayıblar.

Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti – respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.

Olimpiadanın bu mərhələsində ölkə üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri fevralın 3-dən etibarən elan ediləcək.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...