Təhsil 365 - Logo Mobile

Paytaxt məktəblərində 20 Yanvar tədbiri keçirilib

7219.01.2026 - 09:51
Paytaxt məktəblərində 20 Yanvar tədbiri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş sinifdaxili tədbirlər keçirilib, təhsil müəssisələrinin pedaqoji kollektiv və şagirdlərinin Şəhidlər xiyabanına ziyarətləri təşkil olunub.

“Tehsil365" xəbər verir ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlər dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Üzərindən 36 il ötməsinə baxmayaraq bu tarix xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığı, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq. Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.







Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...