Təhsil 365 - Logo Mobile

Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib

10320.01.2026 - 06:00
Əliabad 2 nömrəli məktəbdə Fikrət Əmirova həsr olunmuş nümunəvi dərs keçirilib

Əliabad 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində musiqi fənni üzrə “Tanınmış şəxsiyyətlər” mövzusu çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş nümunəvi dərs təşkil edilib.

"Tehsil365" xəbər verir ki, Dərs musiqi müəllimi R. Türkan tərəfindən keçirilib. Nümunəvi dərs zamanı şagirdlərə Fikrət Əmirovun Azərbaycan musiqi mədəniyyətindəki xüsusi yeri, onun simfonik muğam janrının inkişafındakı rolu, eləcə də zəngin yaradıcılıq irsi haqqında ətraflı məlumat verilib.

Şagirdlər bəstəkarın əsərləri ilə tanış olub, onun yaradıcılığına dair təqdimatlar və müzakirələr aparıblar. Keçirilən dərs şagirdlərin musiqi biliklərinin zənginləşdirilməsinə, milli musiqi irsimizə marağın artırılmasına və tanınmış şəxsiyyətlər haqqında dünyagörüşlərinin genişlənməsinə xidmət edib.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...