Təhsil 365 - Logo Mobile

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirildi

10820.01.2026 - 11:18
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirildi

16 yanvar 2026-cı il tarixində məktəbin tədbirlər planına uyğun olaraq tarix müəllimi İskəndərova Mətanətin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

"Tehsil365" xəbər verir ki, Tədbir zamanı 20 Yanvar faciəsi zamanı şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılmışdır. Dəyirmi masa ətrafında mövzu ilə bağlı geniş müzakirələr aparılmış, faciənin tarixi səbəbləri və nəticələri şagirdlərin diqqətinə çatdırılmış, həmin hadisələrin Azərbaycanın müstəqillik yolundakı əhəmiyyəti vurğulanmışdır.

Çıxışlarda 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlıq nümunələrinin gənc nəsil üçün əsl vətənpərvərlik dərsi olduğu qeyd edilmişdir. Tədbir şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət, tariximizə bağlılıq və vətənpərvərlik ruhunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...