Təhsil 365 - Logo Mobile

Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək

8021.01.2026 - 11:01
Məktəblərdə müəllimlərə də telefondan istifadə qadağan ediləcək

Gürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub.

Məlumata görə, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər. Lakin bu, müəllimlər üçün qadağan xarakteri daşımır. Bu, sadəcə şagirdlər üçün şəxsi nümunədir.

Rəşanə İsamqızı

Haber akışı

Şu anda haber akışın da haber yok...