Təhsil 365 - Logo Mobile

Qax rayonunda IV sinif şagirdləri üçün “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda praktik məşğələ keçirilib

10922.01.2026 - 08:54
Qax rayonunda IV sinif şagirdləri üçün “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda praktik məşğələ keçirilib

Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində Həyat bilgisi dərslərində sağlamlıq, təhlükəsizlik və zərərli vərdişlərdən qorunma ilə bağlı praktik məşğələlərin keçirilməsi üzrə təlimatın tələblərinə uyğun olaraq IV sinifdə “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda məşğələ təşkil olunub.

"Tehsil365" xəbər verir ki, Məşğələnin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları, piyadaların hüquq və vəzifələri, yol nişanlarının mənası, təhlükəsiz hərəkət vərdişlərinin aşılanması və gündəlik həyatda qarşılaşa biləcəkləri risklərin azaldılması barədə biliklərin verilməsi olub. Praktik məşğələ zamanı real həyat nümunələri əsasında situasiyalar izah edilib, şagirdlərin fəal iştirakı təmin olunub.

Dərs prosesində uşaqlar yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərini möhkəmləndirib, düzgün davranış qaydalarını praktik şəkildə öyrəniblər. Bu cür məşğələlərin keçirilməsi şagirdlərin təhlükəsizliyinin təmin olunması və məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, məktəbdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...