Təhsil 365 - Logo Mobile

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

7421.01.2026 - 16:53
Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

“Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb”.

“Tehsil365” xəbər verir ki, bu barədə Abşeron - Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...