Təhsil 365 - Logo Mobile

Böyük Summativ Qiymətləndirmə Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə keçirilib

11023.01.2026 - 07:06
Böyük Summativ Qiymətləndirmə Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə keçirilib

Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə bu gün IV siniflər üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olunub.

"Tehsil365" xəbər verir ki, Azərbaycan bölməsi üzrə IV sinif şagirdləri Azərbaycan dili və Riyaziyyat fənlərindən qiymətləndirilmiş, Rus bölməsi üzrə IV sinif şagirdləri isə yalnız Riyaziyyat fənnindən BSQ-da iştirak etmişlər.

Qiymətləndirmə prosesi mövcud qaydalara uyğun, şəffaf və planlı şəkildə həyata keçirilib. Tədbirin əsas məqsədi şagirdlərin bilgi və bacarıqlarının obyektiv qiymətləndirilməsi olmuşdur.

Məktəb rəhbərliyi və müəllim kollektivi BSQ-nin düzgün keçirilməsinə nəzarət etmiş, şagirdlərin nəticələrinin təhlil olunması və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər planı hazırlanacaq.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...