Təhsil 365 - Logo Mobile

Şirvan-Salyan RTİ üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilib - FOTOLAR

9423.01.2026 - 15:59
Şirvan-Salyan RTİ üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilib - FOTOLAR

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, sürətli internet bağlantısı və kifayət qədər kompüterlə təmin olunmuş ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur.

Bu barədə “Tehsil365”ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, rəqəmsal qiymətləndirmə müəllimlərin vaxtına qənaət etməklə yanaşı, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına şərait yaradır, həmçinin kağız sərfiyyatının azalması hesabına ətraf mühitin qorunmasına töhfə verir. Eyni zamanda elektron qiymətləndirmə daha təkmil və müasir tapşırıqlardan istifadə imkanını genişləndirir.

Qeyd edək ki, böyük summativ qiymətləndirmələr Microsoft TEAMS platforması vasitəsilə həyata keçirilir.



Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...