Təhsil 365 - Logo Mobile

Ümumi təhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb

9624.01.2026 - 08:57
Ümumi təhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb

Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.

“Tehsil365" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü 2 fevral 2026-cı il tarixidir. MƏLUMAT YENİLƏNİR

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...