Təhsil 365 - Logo Mobile

Direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə test imtahanı keçirilib

9224.01.2026 - 10:42
Direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə test imtahanı keçirilib

Cari ildə keçiriləcək direktorların işə qəbulu üzrə müsabiqəyə müraciət etmiş, ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan və ya tələblərdən aşağı olan direktor və direktor müavinləri üçün ixtisas istiqamətləri üzrə imtahan keçirilib.

Bu barədə “Tehsil365"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər 120 dəqiqə ərzində fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığını cavablandırıblar.

Nəticələrlə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...