Nazirlər Kabinetinin qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində qış tətili yanvarın 27-dən başlayacaq.
“Tehsil365" xəbərə verir ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
Qərar məktəbəhazırlıq qruplarına da şamil edilir.
Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonra ilk dərs günü 2 fevral 2026-cı il olacaq.

