Təhsil 365 - Logo Mobile

Naxçıvanda şahmat birinciliyinə start verilib

7403.02.2026 - 19:35
Naxçıvanda şahmat birinciliyinə start verilib

8-18 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.

“Tehsil365" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən  Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.
          
 ️Fevralın 7-dək davam edəcək birincilikdə  6 fərqli  yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir.
     
 Qeyd edək ki, bir neçə ildir ki, muxtar respublikada bu yaş kateqoriyası üzrə muxtar respublika birinciliyi keçirilmirdi.
Yarış “İsveçrə” sistemi üzrə aparılır.
 
İlk 3 yeri tutan şahmatçılar mart ayında keçiriləcək 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak haqqı qazanacaqlar.


Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...