"Texnologiyadan nəzarətsiz istifadə şagirdlərin dərsə marağının azalmasına səbəb olur."
Bu sözləri "Tehsil365"ə açıqlamasında Təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspert qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının geniş yayılması şagirdlərin dərsə marağının azalmasına səbəb olur.
"Sosial platformalar, müxtəlif tətbiqlər və xüsusilə onlayn oyunların çoxalması şagirdlərin internet resurslarında daha çox vaxt keçirməsinə səbəb olur. Nəticə etibarilə şagirdlərin dərsə marağı azalır, onlar test tapşırıqlarını və ev tapşırıqlarını yerinə yetirməkdə də istəksiz davranırlar.”
Elçin Əfəndi sonda onu da qeyd edib ki, valideynlər övladlarına ağıllı telefon alıb verərkən mütləq nəzarət mexanizmini tətbiq etməlidirlər. Onun sözlərinə görə, uşaqların texnoloji vasitələrdən hansı məqsədlə istifadə etdiyinə nəzarət olunduğu halda təhsilə maraq arta bilər, əks halda isə bu maraq getdikcə azalacaq.

