Təhsil 365 - Logo Mobile

“Təhsildə menecment və yeni təlim texnologiyaları” elmi konfransına tezis qəbuluna başlanılır

7611.02.2026 - 11:23
“Təhsildə menecment və yeni təlim texnologiyaları” elmi konfransına tezis qəbuluna başlanılır

Aprelin 7-8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların VIII Respublika elmi konfransı keçiriləcək.

ADPU-dan “Tehsil365"ə bildirilib ki, konfransın elmi bölmələri təhsildə strateji idarəetmə, innovasiyalar və təhsilin keyfiyyəti, tədrisin müasir problemləri və təhsildə sosial-psixoloji xidmət istiqamətlərini əhatə edir.

Tezislərin mətni konfransın müvafiq bölməsinin mövzusuna uyğun olmalıdır.

Müraciətlər martın 16-dək qəbul edilir.

Əlaqə üçün [email protected] ünvanına yazmaq olar.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...