Təhsil 365 - Logo Mobile

Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazası yaradılır

9112.02.2026 - 13:45
Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazası yaradılır

AMEA-nın Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib. Bildirilib ki, hazırda layihə üzrə işlərin ilkin mərhələsi planlaşdırılır. Layihənin əsas məqsədi minlərlə səsyazma və əlyazma materialını rəqəmsallaşdırmaq, onların avtomatik transkripsiyasını həyata keçirmək və janrlar üzrə təsnifatını aparan sistem qurmaqdır.

Qeyd olunub ki, təşəbbüsün reallaşdırılması üçün əlavə resurslara və dəstəyə ehtiyac var. Layihə uğurla başa çatdırılacağı təqdirdə, yaradılacaq verilənlər bazası tədqiqatçılar üçün geniş araşdırma və analiz imkanları təqdim edən mühüm platformaya çevrilə bilər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...