Təhsil 365 - Logo Mobile

Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub

7119.02.2026 - 19:15
Polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışı olub

Fevralın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Tehsil365"ə verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 175 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...