Təhsil 365 - Logo Mobile

Bahadur Əliyev haqqında xəbər

10624.02.2026 - 04:36
Bahadur Əliyev haqqında xəbər

Sumqayıt, 24 fevral – Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi Bahadur Atabala oğlu Əliyevin anadan olmasının ildönümü münasibətilə xatirə tədbiri keçirilib.

Tehsil365” xəbər verir ki, 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya gələn sənətkar uzun illər səhnə və ekran fəaliyyətində yaddaqalan obrazlar yaradıb. O, müxtəlif teatr tamaşalarında və bədii filmlərdə canlandırdığı rollarla tamaşaçıların rəğbətini qazanıb, milli aktyorluq məktəbinin inkişafına töhfə verib.

Tədbirdə çıxış edən sənət adamları və mədəniyyət xadimləri Bahadur Əliyevin yaradıcılıq yolundan söz açaraq onun səhnə mədəniyyəti, obrazlara yanaşma tərzi və sənətə bağlılığını xüsusi vurğulayıblar. Bildirilib ki, aktyorun yaratdığı obrazlar bu gün də teatrsevərlər tərəfindən maraqla xatırlanır.

Qeyd edək ki, Bahadur Əliyev 2002-ci il sentyabrın 16-da Sumqayıt şəhərində vəfat edib. Onun sənət irsi Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...