Təhsil 365 - Logo Mobile

Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub

3724.02.2026 - 17:55
Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub

Fevralın 24-də Şəki şəhərində İkinci Qarabağ müharibəsi şəhidi Elnur İsmayılovun 25 illik yubileyinə həsr olunan “Əbədiyyətə ucalan 19-cu bahar” adlı tədbir keçirilib.


Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, hərbçilər iştirak ediblər.


“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra şəhid Elnur İsmayılovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.


Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, həyatının 19-cu ilində əbədiyyətə qovuşan Elnur İsmayılovun keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.


Tədbir boyu şəhidin xatirəsinə həsr olunmuş musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Fatimə Cəfərzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...