Təhsil 365 - Logo Mobile

İsgəndər Həmidov vəfat edib

10326.02.2026 - 05:42
İsgəndər Həmidov vəfat edib

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi İsgəndər Məcid oğlu Həmidov 26 fevral 2020-ci ildə Bakı şəhərində vəfat edib.

Tehsil365” xəbər verir ki, 1948-ci il aprelin 10-da Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olan İsgəndər Həmidov ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. O, Birinci Qarabağ müharibəsi illərində proseslərin iştirakçılarından biri olub.

İsgəndər Həmidov 1992–1993-cü illərdə Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb, 1990–1995-ci illərdə isə Milli Məclisin deputatı olub. O, siyasi fəaliyyəti və ictimai mövqeyi ilə yadda qalan simalardan biri kimi tanınıb.

Onun xatirəsi yaxınları və onu tanıyanlar tərəfindən ehtiramla anılır.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...