Təhsil 365 - Logo Mobile

Qadınlar üçün xaricdə təhsil şansı - müraciət başladı

10402.03.2026 - 08:32
Qadınlar üçün xaricdə təhsil şansı - müraciət başladı

Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutu 2026-2027-ci akademik ili üzrə xarici qadın tələbələr üçün təqaüd proqramı elan edir.

“Tehsil365" xəbər verir ki, proqram çərçivəsində namizədlərə magistratura və doktorantura səviyyələri üzrə nüvə mühəndisliyi, tibb, fizika, nüvə təbabəti, radiasiya elmləri, tibbi onkologiya və radiasiya fizikası ixtisaslarında təhsil almaq imkanı yaradılır. Təqaüd qeyd olunan sahələr üzrə ixtisaslaşmaq və beynəlxalq akademik mühitdə elmi fəaliyyət göstərmək istəyən qadın tədqiqatçılar üçün nəzərdə tutulub.

Proqrama müraciət üçün son tarix 30 aprel 2026-cı il müəyyən edilib. Təqaüd proqramının şərtləri, qəbul tələbləri və sənədləşmə prosesi barədə ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür.

Elan:https://htp.edu.az/uploads/fileuploads/2026/02/1bd4c87bc7314123a055a0fbe61ac8d2.pdf?fbclid=IwZXh0bgNhZW0CMTAAc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHpnI1aGPvBpOL5TtYzu4_njkepY91P0YBnPbpBexJ1SvBdTufWtF3Ek5dYvs_aem_syJYRmTk5brqmqiz-7aH6w

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...