Təhsil 365 - Logo Mobile

Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur - Foto

9703.03.2026 - 17:52
Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur - Foto

Böyük Britaniyanın Kembric şəhərinin kənarında 10 vikinqin qalığı aşkar edilib.

“Tehsil365“ xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Bildirilir ki, qalıqları Kembric Universitetinin arxeologiya tələbələri aşkarlayıb. Tapılan sümüklər gənc kişilərə məxsus olub. Bəziləri bağlı olub və vikinqlərdən birinin başı olmayıb. Qalıqlar arasında ən çox diqqət çəkən boyu 1,9 metrdən çox və kəlləsi açıq olan bir kişinin skeleti olub.

Qalıqları tapılan kişilərin bəzilərinin ölüm hökmünə məhkum edildiyi bildirilir. Onlar əvvəlcə qamçılanıb, sonra isə çuxura atılıblar. Qalan vikinqlər, ehtimal ki, döyüşün qurbanları olublar.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...