Təhsil 365 - Logo Mobile

Milli Qəhrəman Mirələkbər İbrahimovun xatirəsi anılır

10605.03.2026 - 06:36
Milli Qəhrəman Mirələkbər İbrahimovun xatirəsi anılır

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər İbrahimovun anım günüdür.

Tehsil365” xəbər verir ki, Mirələkbər Mirələsgər oğlu İbrahimov 30 sentyabr 1961-ci ildə Vedi rayonunun Xalisa kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi illərində Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək qəhrəmanlıq nümunəsi ortaya qoyub.

Füzuli rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında xüsusi igidlik nümayiş etdirən Mirələkbər İbrahimov 5 mart 1994-cü ildə şəhid olub. Göstərdiyi rəşadətə görə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Onun xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur, adı Azərbaycanın qəhrəmanlıq salnaməsində şərəfli yer tutur.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...