Təhsil 365 - Logo Mobile

RFO: İnformatika fənni üzrə olimpiadanın yarımfinal mərhələsinin nəticələri açıqlanıb

7713.03.2026 - 17:29
RFO: İnformatika fənni üzrə olimpiadanın yarımfinal mərhələsinin nəticələri açıqlanıb

İnformatika fənni üzrə respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan “Tehsil365"ə bildirilib ki, texniki komandanın və nizam-intizam komitəsinin şagirdlərin yazdığı kodlara baxış prosesi yekunlaşıb, təşkilat komitəsinin qərarı ilə aşağı yaş qrupu üzrə 210 bal və daha yuxarı nəticə göstərən şagirdlər, yuxarı yaş qrupu üzrə isə 170 bal və daha yuxarı nəticə göstərən şagirdlər final turunda iştirak hüququ qazanıblar.

Xatırladaq ki, informatika fənni üzrə respublika fənn olimpiadalarının yarımfinal turu 16 mərkəzdə – Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan şəhəri STEM Mərkəzi, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Ali Neft Məktəbinin Bayıl və Ağşəhər korpusları, Azərbaycan-Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kompüter laboratoriyalarında keçirilib.

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...