Təhsil 365 - Logo Mobile

İtaliyada maraqlı arxeoloji tapıntı

9615.03.2026 - 15:40
İtaliyada maraqlı arxeoloji tapıntı

İtaliyanın cənubunda, qədim Appiya yolu yaxınlığında arxeoloqlar qədim Roma dövrünə aid, qladiator döyüşlərini təsvir edən səhnələrlə bəzədilmiş məzar aşkar ediblər.

“Tehsil365“ "Arkeonews"a istinadən xəbər verir ki, tapıntı Benevento əyalətində yerləşən Apollosa şəhəri yaxınlığında çayın daşması nəticəsində təsadüfən üzə çıxıb. Qazıntılar zamanı yeraltı dəfn kamerasına giriş və iri əhəngdaşı bloklar aşkarlanıb.

İlkin araşdırmalara görə, abidə eramızın I əsrinə aiddir və təxminən 12 metr diametrə malik dairəvi mavzoley olub. Onun üzərində qladiator döyüşlərini əks etdirən oyma təsvirlər yerləşir.

Alimlərin fikrincə, burada dəfn olunan şəxs qladiator oyunlarının təşkilində iştirak edən və ya onları maliyyələşdirən varlı romalı ola bilər. Tədqiqatçılar hazırda abidənin quruluşunu və üzərindəki təsvirləri daha ətraflı araşdırırlar.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...