Təhsil 365 - Logo Mobile

Dini inqilab: qadın kilsə rəhbəri təyin edildi

9026.03.2026 - 17:35
Dini inqilab: qadın kilsə rəhbəri təyin edildi

İngiltərədə mühüm və simvolik hadisə baş verib.

“Tehsil365” xəbər verir ki, Sara Mallalli Kanterberi arxiyepiskopu təyin olunaraq Anqlikan kilsəsinin tarixində bu posta yüksələn ilk qadın olub.

Təntənəli intronizasiya mərasimi Kanterberi katedralında keçirilib. Mərasimdə Uels şahzadəsi və şahzadəsi, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Qeyd edək ki, Kanterberi arxiyepiskopu Anqlikan kilsəsinin və ümumilikdə dünya üzrə anqlikan icmasının mənəvi lideri hesab olunur.

Fatimə Cəfərzadə

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05