Təhsil 365 - Logo Mobile

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu

7428.03.2026 - 17:25
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu

Məşhur türkiyəli müğənni Cengiz Kurtoğlu ötən axşam qəfil burun qanaması şikayəti ilə xəstəxanaya çatdırılıb.

“Tehsil365“ Haberler.com-a istinadən xəbər verir ki, müayinələr zamanı sənətçinin iki damarının tıxandığı müəyyən edilib.

Məlumata görə, xəstəxanada aparılan testlər nəticəsində sənətçinin ürək damarlarında ciddi tıxanma aşkarlanıb. Həkimlər tıxanmış arteriyalardan birinə stent yerləşdiriblər, digər damar üçün isə müdaxilənin bir ay sonra həyata keçirilməsi planlaşdırılıb.

Uğurlu keçən prosedurdan sonra Kurtoğlunun ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Hazırda sənətçinin nəzarət altında saxlanıldığı və müalicə prosesinin davam etdiyi bildirilir

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...