Təhsil 365 - Logo Mobile

Uşaqlarda məsuliyyət hissi necə formalaşdırılmalıdır? – Ekspert açıqladı

8028.03.2026 - 19:12
Uşaqlarda məsuliyyət hissi necə formalaşdırılmalıdır? – Ekspert açıqladı

Uşaqlarda məsuliyyət hissinin formalaşdırılması onların gələcək həyatında uğurlu və müstəqil fərd kimi yetişməsi üçün vacib amillərdən biridir.

Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert “Tehsil365"ə açıqlama verib.

Ekspertin sözlərinə görə, məsuliyyət hissi erkən yaşlardan formalaşdırılmalıdır: “Uşaqlara kiçik yaşlardan sadə tapşırıqlar vermək onların məsuliyyət hissini inkişaf etdirir.”

Mütəxəssis qeyd edib ki, uşaqlara seçim imkanı verilməsi də vacibdir: “Uşaq müəyyən qərarları özü verdikdə, nəticələrə görə məsuliyyət daşımağı öyrənir.”

Ekspert əlavə edib ki, valideyn nümunəsi bu prosesdə mühüm rol oynayır: “Uşaqlar böyüklərin davranışını təkrarlayır. Valideyn məsuliyyətli davrandıqda uşaq da bunu mənimsəyir.”

Onun sözlərinə görə, uşaqları daim tənqid etmək düzgün yanaşma deyil: “Uşağın səhvlərini sərt şəkildə tənqid etmək əvəzinə, ona düzgün istiqamət göstərmək daha effektivdir.”

Sonda ekspert bildirib ki, uşaqlarda məsuliyyət hissinin formalaşması üçün səbirli və ardıcıl yanaşma vacibdir.

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...