Təhsil 365 - Logo Mobile

Türkiyə 5G texnologiyasına keçidin bir addımlığında

9730.03.2026 - 15:07
Türkiyə 5G texnologiyasına keçidin bir addımlığında

Martın 31-də Ankaradakı Prezident Kompleksində ölkədə beşinci nəsil simsiz mobil texnologiyasının (5G) tətbiqi rəsmi elan ediləcək.

“Tehsil365“ xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edəcək.

2026-cı il aprelin 1-dən etibarən 5G texnologiyasının tətbiqinə tender ötən ilin oktyabr ayında aparıcı telekommunikasiya şirkətləri “Turkcell”, “Vodafone” və “Türk Telekom”un iştirakı ilə keçirilİB, bu da Türkiyə dövlət xəzinəsinə 3 milyard 534 milyon dollar gətirib.

Yeni texnologiya tədricən bütün 81 əyalətdə tətbiq olunacaq. Verilən 5G xidmət lisenziyaları 2042-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi 5G-yə keçidi “daxili mobil rabitənin 32 illik tarixində yeni bir dövr” adlandıraraq, ölkədə mobil telefonların 1994-cü il fevralın 23-dən bəri istifadə edildiyini xatırladıb.

5G texnologiyasının Türkiyənin rəqəmsal transformasiyasını sürətləndirəcəyi, istehsal həcmlərini, xidmət keyfiyyətini və qlobal rəqabət qabiliyyətini artıracağı gözlənilir.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...