Təhsil 365 - Logo Mobile

“AI və süni intellekt alətləri rutin işləri avtomatlaşdırmağa və qərar qəbulunu sürətləndirməyə kömək edir”- İT mütəxəssisi Natiq Məmişov

11230.03.2026 - 14:30
“AI və süni intellekt alətləri rutin işləri avtomatlaşdırmağa və qərar qəbulunu sürətləndirməyə kömək edir”- İT  mütəxəssisi Natiq Məmişov

Məlumatların analizi, proqramlaşdırma və süni intellekt bacarıqları namizədləri digərlərindən fərqləndirir və yeni karyera imkanları yaradır.

Bu sözləri “Tehsil365” ə açıqlamasında, İT mütəxəssisi Natiq Məmişov bildirib.

“Bankda risk modelləri üzərində işləyərkən AI və ML biliklərindən istifadə edərək xırda modellər qurmaq və yaxud mövcud modellərə rəy vermək mümkündür. Dizaynerlər motion və sair sahələrdə süni intellekt alətləri ilə videoları daha sürətli hazırlaya, rutin işləri avtomatlaşdıra və yeni peşə imkanları yarada bilirlər. Data analitikası, süni intellekt, kibertəhlükəsizlik, proqram təminatı sahələri sürətlə inkişaf edir və yüksək tələbatlıdır. Süni intellekt mütəxəssisi olmasanız da, onu tətbiq etmək mümkündür. SMM, marketinq, videoqrafiya, fotoqrafiya sahələrində süni intellekt işləri sürətləndirir. Davamlı öyrənmə və adaptasiya yeni alətləri tez mənimsəməyə, uzun müddətli karyera inkişafına və qlobal əmək bazarında çıxışa imkan verir.”

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...