Təhsil 365 - Logo Mobile

"Şəhidin səsi"nin növbəti buraxılışı Elxan Məmmədova həsr olunur

6502.04.2026 - 10:40
"Şəhidin səsi"nin növbəti buraxılışı Elxan Məmmədova həsr olunur

Elxan Məmmədovun xatirəsinə həsr olunmuş “Şəhidin səsi” proqramının növbəti buraxılışı yayımlanacaq.

“Tehsil365" xəbər verir ki, Məmmədov Elxan Eldar oğlu 29 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. 1992–1993-cü illərdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə “Milli Qurtuluş” batalyonunda könüllü olaraq iştirak edib. 1993-cü ilin aprel ayının 24-də aldığı yaralardan şəhid olub.

"Tehsil365" İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı məhz Elxan Məmmədova həsr olunub. Proqramın bu buraxılışı 6 aprel saat 18:00-da yayımlanacaq.

Buraxılışın aparıcısı isə “Tehsil365” İnformasiya Agentliyinin həyata keçirdiyi “Könüllü müxbir” layihəsində iştirak etmiş Aysu Məmmədli olacaq.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...