Təhsil 365 - Logo Mobile

17 yaşlı tələbə Harvarda qəbul oldu

9302.04.2026 - 12:27
17 yaşlı tələbə Harvarda qəbul oldu

Türkiyədə 17 yaşlı Doruk Çağlı, Harvard University-dən Kompüter Elmləri ixtisası üzrə qəbul alıb.

“Tehsil365" Haber Global-a istinadən xəbər verir ki, o, Harvardda süni intellekt və etik dəyərləri birləşdirərək texnologiyanı insanlıq naminə inkişaf etdirməyi hədəflədiyini bildirib.

Dorukun sözlərinə görə, onu fərqləndirən əsas xüsusiyyət “Hezarfen” – yəni müxtəlif sahələrə maraq göstərmək yanaşması olub. O, robototexnikanı seçməsinin səbəbini belə izah edib: bu sahə kompüter elmləri, riyaziyyat, biologiya, mexanika və hətta sosiologiyanı bir araya gətirir.

O, həmçinin bildirib ki, gələcəkdə yalnız akademik uğur deyil, sosial fayda da önəmlidir: “Dünyanı daha yaxşı yerə çevirmək istəyiriksə, vicdanımızın səsini dinləməliyik.”

Eyni məktəbdən digər şagirdlər də Imperial College London və Stanford University kimi nüfuzlu universitetlərə qəbul alaraq diqqət çəkiblər.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...