Təhsil 365 - Logo Mobile

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

10403.04.2026 - 13:28
Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndələri, eləcə də Türkiyənin maliyyə və bank sektorunda təmsil olunan nüfuzlu şirkətlərin rəhbər şəxsləri ilə görüşüb.

Bu barədə “Tehsil365” ə rəqəmsal inkişaf və nəqliyyat nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı rəqəmsallaşma, süni intellekt və innovativ maliyyələşmə sahəsində Azərbaycanda görülmüş işlər barədə məlumat verilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...