Təhsil 365 - Logo Mobile

Mətbuat Şurası Kulisi 15 illiyi münasibətilə təbrik edib

7504.04.2026 - 19:52
Mətbuat Şurası Kulisi 15 illiyi münasibətilə təbrik edib

Mətbuat Şurası Kulis mədəniyyət portalını 15 illiyi münasibətilə təbrik edib.

“Tehsil365"in xəbərinə görə, təbrikdə deyilir ki, bu gün fəaliyyəti ilə Azərbaycanın media məkanının mühüm mədəniyyət hadisəsinə çevrilən Kulis.az portalının 15 yaşı tamam olur.

"APA Group"un uğurlu layihəsi olan Kulis.az ötən müddətdəki gördüyü işlərlə, reallaşdırdığı çoxsaylı təşəbbüslərlə ziyalı tribunası statusunu qazandı. Həmçinin, mövzu və janr rəngarəngliyi, təkcə ölkəmizin deyil, dünyanın ədəbi-bədii mühitinin təbliği, bu sahənin yeniliklərinin işıqlandırılmasındakı liderlik və daimi axtarışlar Kulis.az-a rəğbət formalaşdırdı. Ötən 15 ilin ən böyük mükafatı budur.

Azərbaycan Mətbuat Şurası Kulis.az-ın zəhmətkeş kollektivinə, media orqanı ilə əməkdaşlıq edən hər bir qələm sahibinə və bütövlükdə "APA Group" ailəsinə təbriklərini çatdırmaqdan məmnunluq duyur, onlara bol yaradıcılıq uğurları arzulayır", - təbrikdə qeyd olunub.

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...