Təhsil 365 - Logo Mobile

“Şəhidin səsi” proqramı Kapitan Pərviz Məmmədova həsr olunacaq

11405.04.2026 - 13:26
“Şəhidin səsi” proqramı Kapitan Pərviz Məmmədova həsr olunacaq

Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kapitanı Pərviz Məmmədova həsr olunacaq.

"Tehsil365" xəbər verir ki, proqram 13 aprel tarixində saat 18:00-da yayımlanacaq. Buraxılış “Tehsil365” İnformasiya Agentliyinin həyata keçirdiyi “Könüllü müxbir” layihəsinin məzunu Şəbnəm Mirzəyevanın təqdimatında tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Pərviz Məmmədov 1989-cu il avqustun 9-da Bakı şəhərində anadan olub. 1995–2006-cı illərdə Qaradağ rayonunda Q. Abbasov adına 288 nömrəli tam orta məktəbdə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi, bir oğlu yadigar qalıb.

Azərbaycan Ordusunun kapitanı olan Pərviz Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 30-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Qaradağ rayonunda dəfn edilib.

Xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən Pərviz Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...