Təhsil 365 - Logo Mobile

Telefon asılılığı və onun zərərləri

10905.04.2026 - 13:30
Telefon asılılığı və onun zərərləri

Mobil telefonlardan artıq gündəlik həyatımızda imtina etmək qeyri mümkündür. Telefondan istifadə yaşı 6 yaşa, telefonla oynama yaşı da 2 yaşa qədər enib. Texnologiyanın inkişafı ilə həyatımızda daha da önəmli hal almağa başlayan bu cihazların faydası olduğu qədər zərərləri də olduğunu unutmaq olmaz.

“Tehsil365” in araşdırmasına görə , Telefon asılılığının zərərləri:

Sağlamlığa təsiri: Uzun müddət telefona baxmaq göz yorğunluğu, baş ağrısı və yuxu problemlərinə səbəb olur. Xüsusilə gecə telefondan istifadə yuxu rejimini pozur.

Psixoloji təsirlər: Telefon asılılığı stress, narahatlıq və hətta depressiya riskini artıra bilər. İnsan özünü sosial mediada başqaları ilə müqayisə etdikcə özünə inamı azala bilər.

Diqqət dağınıqlığı: Dərs və ya iş zamanı tez-tez telefona baxmaq diqqətin azalmasına və məhsuldarlığın düşməsinə səbəb olur.

Sosial münasibətlərə təsir: İnsan real ünsiyyətdən uzaqlaşır, ailə və dostlarla əlaqələr zəifləyir.

Vaxt itkisi: Saatlarla sosial şəbəkələrdə vaxt keçirmək insanın faydalı işlərə ayıracağı zamanı azaldır.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...