Təhsil 365 - Logo Mobile

Trampın yeni büdcə təklifi təhsil xərclərində ciddi azalmaları gündəmə gətirir

10606.04.2026 - 06:18
Trampın yeni büdcə təklifi təhsil xərclərində ciddi azalmaları gündəmə gətirir

Donald Trump tərəfindən irəli sürülən yeni büdcə təklifi ABŞ-da təhsil sahəsində geniş müzakirələrə səbəb olub.

Tehsil365” xəbər verir ki, Təklifə əsasən, xüsusilə K-12 (ibtidai və orta məktəb) səviyyəsində dövlət xərclərinin milyardlarla dollar azaldılması nəzərdə tutulur.

Sənəddə bir sıra təhsil proqramlarının ləğvi və ya maliyyələşməsinin kəskin şəkildə azaldılması məsələsi də yer alır. Bu isə təhsil sahəsində fəaliyyət göstərən qurumlar və ekspertlər arasında narahatlıq yaradıb. Tənqidçilər hesab edir ki, belə addımlar məktəblərin resurslarını məhdudlaşdıra və şagirdlərin təhsil imkanlarına mənfi təsir göstərə bilər.

Digər tərəfdən, təşəbbüsün tərəfdarları dövlət xərclərinin optimallaşdırılmasının vacibliyini vurğulayır və büdcə yükünün azaldılmasını əsas arqument kimi irəli sürürlər.

Hazırda təklif qanunvericilər tərəfindən müzakirə olunur və onun qəbul olunub-olunmayacağı ABŞ-ın gələcək təhsil siyasətinə ciddi təsir göstərə bilər.

Əfşanə Cümşüdzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...