Təhsil 365 - Logo Mobile

0–6 yaş dövrü uşağın inkişafında niyə kritik hesab olunur? – Məktəbəqədər ekspert açıqladı

7806.04.2026 - 19:05
0–6 yaş dövrü uşağın inkişafında niyə kritik hesab olunur? – Məktəbəqədər ekspert açıqladı

Uşağın həyatının ilk illəri onun gələcək inkişafının əsasını təşkil edir. Xüsusilə 0–6 yaş dövrü həm fiziki, həm də psixoloji baxımdan ən həssas mərhələ hesab olunur. Bəs bu dövr niyə bu qədər vacibdir?

Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.

Ekspert bildirib ki, “0–6 yaş dövrü uşağın beyin inkişafının ən sürətli getdiyi mərhələdir. Bu dövrdə uşağın öyrəndikləri onun gələcək davranışlarına və düşüncə tərzinə birbaşa təsir edir.”

Onun sözlərinə görə, “Uşağın emosional təhlükəsizliyi, valideynlərlə münasibəti və ətraf mühiti onun şəxsiyyətinin formalaşmasında həlledici rol oynayır.”

Ekspert qeyd edib ki, bu dövrdə düzgün istiqamətləndirmə gələcəkdə həm akademik, həm də sosial uğurun əsasını qoyur.

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...