Təhsil 365 - Logo Mobile

Uşaqlara erkən yaşda nə öyrədilməlidir: akademik biliklər, yoxsa sosial bacarıqlar? – Ekspert açıqlama verdi

7706.04.2026 - 19:12
Uşaqlara erkən yaşda nə öyrədilməlidir: akademik biliklər, yoxsa sosial bacarıqlar? – Ekspert açıqlama verdi

Məktəbəqədər dövrdə valideynləri düşündürən əsas suallardan biri də uşaqlara hansı biliklərin daha vacib olduğu ilə bağlıdır. Bəziləri akademik bilikləri ön plana çıxarsa da, digərləri sosial bacarıqların daha önəmli olduğunu düşünür.

Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Gülnar Babayeva “Tehsil365"ə açıqlama verib.

Ekspert bildirib ki, “Bu yaş dövründə sosial və emosional bacarıqlar daha prioritet hesab olunur. Uşaq ilk növbədə ünsiyyət qurmağı, paylaşmağı və öz emosiyalarını idarə etməyi öyrənməlidir.”

Onun sözlərinə görə, “Akademik biliklər də önəmlidir, lakin onlar oyun və interaktiv fəaliyyətlər vasitəsilə, təzyiqsiz şəkildə öyrədilməlidir.”

Ekspert qeyd edib ki, balanslı yanaşma ən düzgün seçimdir: “Həm sosial bacarıqlar, həm də ilkin akademik biliklər paralel şəkildə, uşağın yaş xüsusiyyətlərinə uyğun formada inkişaf etdirilməlidir.”

Nərmin Mustafayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...