Təhsil 365 - Logo Mobile

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Superliqasının ikinci turunda mübarizə aparacaqlar

10411.04.2026 - 13:25
Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Superliqasının ikinci turunda mübarizə aparacaqlar

Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasında çıxışlarını davam etdirəcəklər.

“Tehsil365” xəbər verir ki, milli üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə "Masader Spor Klubu" tərəfindən dəvət alıblar.

İdmançılar yarışın ikinci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Qeyd edək ki, Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. "Masader Spor Klubu" bu mövsüm də mükafatlar uğrunda mübarizə aparır.

Stolüstü tennisçilərimizin Türkiyə Superliqasında çıxış etməsi oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Zəhra Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...