Təhsil 365 - Logo Mobile

Tovuzda həndbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

8312.04.2026 - 17:50
Tovuzda həndbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Tovuz rayon Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində 2010-2011-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında həndbol üzrə rayon birinciliyi keçirilib.

Tehsil365” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək məktəblilərin həndbol idman növünə olan marağını yüksək qiymətləndirib və onlara uğurlar arzu edib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbin, ll yerə N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin və lll yerə isə Tovuz şəhər E.Məmmədov adına tam orta ümumtəhsil məktəbin komandaları layiq görülüb. Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub. Birincilikdə 96 nəfər iştirak edib.

Fatimə Cəfərzadə

Haber akışı

Şu anda haber akışın da haber yok...