Təhsil 365 - Logo Mobile

Psixoloq: Məktəbəqədər dövrdə uşaqların emosional inkişafı əsas rol oynayır

13416.04.2026 - 09:56
Psixoloq: Məktəbəqədər dövrdə uşaqların emosional inkişafı əsas rol oynayır

“Məktəbəqədər yaş dövrü uşağın həm psixoloji, həm də sosial inkişafının təməlini qoyur.”

Bu sözləri "Tehsil365" ə açıqlamasında psixoloq Arzu Fərəcova qeyd edib.

O bildirib ki, bu yaş dövründə uşaqların emosiyalarını düzgün ifadə etməyi öyrənməsi çox vacibdir. Onun sözlərinə görə, uşaqlar bu mərhələdə həm ailə, həm də bağça mühitində davranış modellərini mənimsəyirlər.

Psixoloq qeyd edib ki, məktəbəqədər uşaqlarda aqressiya, utancaqlıq və ya qorxu kimi hallar müşahidə oluna bilər və bu, müəyyən dərəcədə normaldır. Lakin bu hallar uzun müddət davam edərsə, valideynlər diqqətli olmalıdır.

Onun sözlərinə görə, uşaqlara sərt davranmaq və ya onları cəzalandırmaq əvəzinə, səbəbləri anlamaq və düzgün yanaşma göstərmək daha effektlidir. Sevgi, diqqət və sabit mühit uşağın sağlam inkişafına müsbət təsir edir.

Sonda psixoloq tövsiyə edib ki, valideynlər uşaqlarla daha çox ünsiyyət qurmalı, onların hisslərini dinləməli və dəstəkləyici yanaşma sərgiləməlidirlər.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...