Təhsil 365 - Logo Mobile

Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir

10017.04.2026 - 17:35
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir

Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Günün qalibi” layihəsi çərçivəsində şagirdlərin riyazi bacarıqlarının inkişafına yönəlmiş gündəlik 5 dəqiqəlik təkrarlar təşkil olunur.

“Tehsil365“ xəbər verir ki,İdarədən verilən məlumata görə, layihənin əsas məqsədi şagirdlərdə riyazi əməllər üzrə sürət, dəqiqlik və məntiqi düşünmə bacarıqlarını gücləndirmək, eyni zamanda onların dərsə marağını artırmaqdır.

Hər gün fərqlənən şagirdlər “Günün qalibi” seçilir və bu istiqamətdə məktəblər tərəfindən həvəsləndirici tədbirlər həyata keçirilir.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...