Təhsil 365 - Logo Mobile

Naxçıvanda beş yeni körpələr evi tikiləcək

10017.04.2026 - 17:55
Naxçıvanda beş yeni körpələr evi tikiləcək

Naxçıvan Muxtar Respublikasında beş yeni körpələr evi-uşaq bağçası tikiləcək.

“Tehsil365“in məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tender elan edib.

Belə ki, nazirlik layihə çərçivəsində Naxçıvan şəhəri, Culfa, Ordubad, Kəngərli və Şərur rayonlarında, beş ədəd körpələr evi-uşaq bağçasının inzibati binalarının tikinti işlərinin layihələndirilməsi işlərinin satın alınmasını həyata keçirəcək.

Qurum görüləcək işlər müqabilində ümumilikdə 495 min 600 manat ödəməyi planlaşdırır.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...