Təhsil 365 - Logo Mobile

Bağça müəllimlərinin ehtiyaclarına uyğun təlimlər keçiriləcək

6920.04.2026 - 08:50
Bağça müəllimlərinin ehtiyaclarına uyğun təlimlər keçiriləcək

“Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər sertifikatlaşdırmaya cəlb edildikdən sonra onların ehtiyaclarına uyğun olaraq təlimlərə başlanılması nəzərdə tutulur”.

“Tehsil365” xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.

N.Mehdiyeva qeyd edib ki, indiyə qədər tərbiyəçi-müəllim və metodistlər üçün müxtəlif təlim proqramları həyata keçirilsə də, ötənilki diaqnostik qiymətləndirmədən sonra onların konkret ehtiyacları müəyyənləşdirilib və təlim proqramının məzmunu genişləndirilir:

“Artıq bir yox, bir neçə proqram ətrafında iş aparılıb ki, ehtiyaclara uyğun olaraq tərbiyəçi-müəllimlər yönləndirilə bilsin”.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...