Təhsil 365 - Logo Mobile

Ürək-damar sağlamlığını gücləndirən məhsullar açıqlandı

7420.04.2026 - 09:48
Ürək-damar sağlamlığını gücləndirən məhsullar açıqlandı

Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün rasiona daxil edilməli məhsullar açıqlanıb.

“Tehsil365” xəbər verir ki, bu barədə rusiyalı kardioloq Yekaterina Paukovа Lenta.ru-ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, ürək və damar sağlamlığı üçün lif olduqca faydalıdır, çünki o, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir. Lif ən çox paxlalı bitkilərdə - noxud, mərcimək, lobya, soya, eləcə də meyvələrdə (armud, kivi, alma) və tərəvəzlərdə (Brüssel və gül kələmi, çuğundur, badımcan, balqabaq, ispanaq) olur. Bundan əlavə, cəfəri, rukola və keşniş kimi göyərtilərin də daha çox istehlakı tövsiyə edilir.

O əlavə edib ki, ürəyin normal fəaliyyəti üçün kalium (göyərtilər, quru meyvələr, kartof, avokado, banan və bitki əsaslı süd) və maqneziumla (yerfındığı, balqabaq tumu, süd, qəhvəyi düyü, qarabaşaq) zəngin məhsulların qəbulu vacibdir.

Həkim, həmçinin rasiona polifenollar və antioksidantlarla zəngin məhsulların (qara qarağat, göyəm, böyürtkən, albalı, tərkibində ən azı 70% kakao olan tünd şokolad, zeytun yağı və qırmızı soğan) daxil edilməsini tövsiyə edib.

Zeynəb Quluyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...