Təhsil 365 - Logo Mobile

Tovuzda şagirdlər valideynləri ilə yarışırlar

10523.04.2026 - 17:05
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar

Tovuz rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində valideynlər və şagirdlərin iştirakı ilə bilik və idman yarışları keçirilir. 

“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata görə, müxtəlif idman və bilik müsabiqələrində şagirdlər öz valideynləri ilə bir komanda şəklində mübarizə aparırlar.

Fəaliyyətin əsas məqsədi məktəb–valideyn əməkdaşlığını gücləndirmək, valideynlərin məktəblə əlaqəsini daha da möhkəmləndirmək və şagirdlərdə özünəinam, motivasiya hisslərini artırmaqdır.

Mehriban İbadova

Haber akışı

Şu anda haber akışın da haber yok...